Havaların kəskin dəyişməsi kənd təsərrüfatına necə təsir göstərəcək?

* İki gün əvvəl havanın kəskin surətdə aşağı düşməsi kənd təsərrüfatına mütləq təsir göstərəcək. Lakin vəziyyətdən çıxmaq mümkündür.

 

* Azərbaycanda kənd təsərrüfatı məhsulları daha çox  açıq hava şəraitində istehsal olunduğundan risklər böyükdür.

 

* Kənd təsərrüfatının sığortalanmasına ehtiyac var...Təbii fəlakətlər və kəskin hava şəraitində fermerlərin tam müflis olmasının qarşısı indidən alınmalıdır.

 

* Benzinin qiymətinin 25-30% artdığını nəzərə alsaq, subsidiyaların həcmi ən azı 10 % artmalıdır.

 

* Azərbaycanda kənd təsərrüfatı üçün ayrılan subsidiyaların məbləği niyə son 4 ildə dəyişmir?

 

* Kənd Təsərrüfatı Nazirliyi subsidiyaların verilmə qaydalarını yenidən işləyir.

 

* Bu gün Azərbaycanda subsidiyalar hektara görə verilir, amma bir çox inkişaf etmiş ölkələrdə məhsulun həcminə görə subsidiyalar təyin edilir. Subsidiyalar yeni meyarlar əsasında verilə bilər.

 

“Sosium”un qonağı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovdur.

 

Müəllif | Apa.Tv