Ağac kəsilməsinə görə müəyyənləşən cərimələr artırılmalıdır
* Yasamal rayonda qeydə alınan ağac kəsintisi faktlarına görə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi hüquqi şəxs qismində 40 000 manat məbləğində cərimə edilib. Belə hadisələrin baş verməsinin səbəbi yerli icra hakimiyyətlərinin verdiyi sərəncamları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmamasıdır.
* Ekologiya və Təbii Sərvətlər Nazirliyi daha sərt addımlar atmağı planlaşdırır.
* "Əgər tikintilərə dair sərəncamların verilməsində ETSN-nin əməkdaşları iştirak etsə, yaşıllıqların məhv edilməsinə imkan verilməz".
* "Ağacların kəsilməsinə görə təyin olunan cərimələrin ödənilməsində gecikmələr var".
* "Cərimələrin müəyyənləşməsində uyğunsuzluq var. Tikinti planına düşən ağac və kol bitkiləri üçün eyni qiymət nəzərdə tutulur, bu isə doğru deyil. Qanunda dəyişikliyə ehtiyac var, cərimələrin müəyyənləşməsinə yenidən baxılmalıdır".
* Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin apardığı müşahidələrə görə, hələ də bir çox yerlərdə köhnə adətlər işləyir. Əvvəlcə tikinti aparılan sahələr hasarlanır, ağaclar həmin hasarlanmış ərazidə qalır və tikinti zamanı ağacların kəsilməsindən heç kəsin xəbəri olmur”.
* Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xətt xidməti fəaliyyət göstərir. Ağac kəsintisi və yaşıllıqların məhvi zamanı vətəndaşlardan 168 və ya 012-562-85-80 nömrələrinə zəng etmək xahiş olunur.
Verilişin qonağı ETSN-in Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin ətraf mühitin mühafizəsi sektorunun müdiri Fəxrəddin İsgəndərovdur.