Ekspert: “Azərbaycan banklarında komisyon haqları çox şişirdilir”
“Azərbaycanda bankların faiz dərəcələri istismarçı səviyyədədir. Bankların reklam olunan faiz dərəcələri ilə real şərtlərlə qətiyyən uyğun deyil”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” verilişinin qonağı, İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı deyib.
Mərkəzi Bankın kredit faizlərinin aşağı salmasının kommersiya banklarının fəaliyyətinə nə kimi təsir edəcəyinə aydınlıq gətirən ekspert bildirib ki, ciddi bir dəyişiklik baş verməyəcək: “Azərbaycanda 10 bankın məcmu kredit səviyyəsi 72 faizdir. Yəni bu o deməkdir ki, pul dövriyyəsi əsasən bir neçə bankın əlindədir. Nə qədər ki, bank sistemində rəqabət mühiti formalaşmayacaq, kredit faizləri həmişə yüksək olacaq və vətəndaş narazılığı davam edəcək. Azərbaycanda faiz dərəcələri normal deyil, istismarçı dərəcədə yüksəkdir. Kommersiya bankları sanki razılaşmış şəkildə faiz diktə edirlər. Demək olar ki, bütün banklarda oxşar faiz dərəcələrinin olması belə deməyə əsas verir".
Məhəmməd Talıblı hesab edir ki, kommersiya banklarının sayının azaldılması siyasəti əslində əhalinin xeyrinə olmayacaq: "Ən doğru addım odur ki, kommersiya banklarının öz əlaqələri hesabına beynəlxalq maliyyə qurumlarından yardım almasına şərait yaradılsın. Eyni zamanda sağlam rəqabət formalaşdırmaq üçün xarici bankları Azərbaycana cəlb etmək lazımdır. Faiz dərəcələrinin düşməsi ilə paralel olaraq kommersiya banklarının əlavə xərcləri də azaldılmalıdır. Başqa ölkələrdə də belə oxşar uçot dərəcələri var. Amma heç birində belə yüksək faiz dərəcəsi yoxdur. Onu da deyim ki, mövcud kommersiya banklarının kredit siyasətinə Mərkəzi Bankın birbaşa təsir imkanı olmasa da, dolayı təsir rıçaqları ilə şərtləri bir qədər yumşalda bilər".
Banklarda vətəndaşa verilən cüzi miqdarda kreditdən yüksək məbləğdə komisyon haqların tutulduğunu deyən iqtisadçı bu istismarçı qaydalara son qoyulmadığı təqdirdə normal kredit siyasətindən danışmağın mümkün olmayacağını bildirib: "Komisyon haqqı çox şişirdilir. Bu gün bankların komisyon faiz dərəcələri ilə əlimizə gələn məbləğ arasında ciddi fərqlər var. Vətəndaşların alternativ seçim imkanı olmadığına görə onların bu inhisarçılığı davam edir. Amma rəqabətlilik olsa, vəziyyət dəyişər. Dünyada komisyon haqq çox aşağı həddə, hiss edilməyəcək dərəcədədir. Bundan əlavə banklarla bağlı digər problem kiçik bir gecikməyə görə əhaliyə yüksək faizli cərimələrin tətbiq edilməsidir. Amma vətəndaş krediti vaxtından əvvəl ödəyəndə buna görə faiz silinmir".
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, istehlakçılara müxtəlif təyinatlı istehlak kreditləri çox verildiyinə görə “bank hərarəti” yaranıb və bunu soyutmağa ehtiyac var. Azərbaycanda doğrudan da bank faizlərinin yüksək olduğunu etiraf edən Elman Rüstəmov bildirib ki, bütün hallarda banklar faiz dərəcələrini aşağı salmalıdır.