İsti havalarda bu qidaları alarkən diqqətli olun!
Havaların istiləşməsi ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əhalini diqqətli olmağa çağırıb. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA TV-də yayımlanan "Sosium" verilişində bildirib ki, əhali günün altında satılan ərzaq məhsullarını alarkən diqqətli olmalıdır: “İmkan daxilində həmin məhsulu almasınlar. Bir sıra yeyinti məhsulları var ki, yay aylarında onların saxlanması xüsusi intensiv rejim tələb edir. Bəzi adamlar qanunsuz olaraq açıq günəş altında bu məhsulların satışını həyata keçirir. Əhali belə adamlardan alver etməməlidir. O cümlədən diqqətli olsunlar, vaxtı keçmiş qidalar isti havalarda daha böyük risk yaradır. Mənşəyi məlum olmayan ərzaqlar haqda ümumiyyətlə danışmağa dəyməz".
Maraqlıdır ki, bu ildən etibarən qurumun əməkdaşları əvvəlki kimi mütəmadi reydlər və ya yoxlamalar keçirə bilməyəcək. İmran Abdullayevin sözlərinə görə, qanunvericilikdə edilən dəyişikliyə əsasən, bundan sonra yoxlamalar yalnız ciddi siqnallar gələn obyektlərdə aparılacaq: "Qanunvericiliyə görə yoxlamalar planlı və plandankənar aparılır. Noyabrın 1-ə qədər reyestr tutulur və buna əsasən yoxlamalar həyata keçirilir. Yəni əvvəlcədən bilinir ki, harada, nə vaxt və ildə neçə dəfə yoxlama apara bilərik. İndiyə qədər yoxlamalar sərbəst halda aparılırdı. Artıq Avropa standartlarını qəbul etmişik və bu qaydalarla getməliyik. Risk qrupuna düşən yeyinti sahələri ildə 2 dəfə planlı şəkildə yoxlanılır. Lakin zərurət yarandıqda plandankənar yoxlama da təşkil oluna bilər. Gələn ildən bu risk qiymətləndirmə sisteminin nəticələrinə uyğun olaraq dəqiq yoxlama siyahısı müəyyənləşdiriləcək".
İmran Abdullayev bildirib ki, satışda olan sərinləşdirici içkilər və dondurmalarla bağlı vəziyyət əvvəlki kimi acınacaqlı olmasa da, müəyyən problemlər qalmaqdadır: "Bu yaxınlarda Mingəçevir şəhərində daha bir sərinləşdirici içkilər istehsal olunan sex aşkarladıq. Daxil olan siqnala əsasən yoxlamalara başladıq və ciddi qüsurlar aşkarladıq. Bu cür yerləri aşkarlamağa vətəndaşlar da köməklik etməlidir”.