Deputat: "Mətbuatda yazırlar ki, Hadi Rəcəbli uşaq pulunu verməyə qoymur"
Yeni iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Maliyyə imkanlarının artması isə digər məsələlərlə yanaşı vətəndaşların sosial rifahının yüksəldilməsinə də real zəmin yaradır. Belə ki, bu ilin ilk yarısında Prezident İlham Əliyevin imzaladığı sosialyönümlü fərman və sərəncamlar 3 milyon vətəndaşı əhatə etdi. Dövlət başçısının iyunun 18-də imzaladığı müvafiq sərəncamlar isə göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir. Aparılan sosial islahatların davamı kimi kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq?
APA TV-nin “Sosium” verilişində Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bu və digər suallara aydınlıq gətirib.
- 2019-cu ildə verilən fərman və sərəncamlarla əhalinin yarısının sosial rifahı gücləndirilib.
- 2020-ci ilin yanvarın birindən bütün qruplarda pensiyanın orta rəqəmi 230 manata çatdırılacaq.
- Biz məşğulluğa daha çox diqqət yetirməliyik.
- Özünəməşğulluq sistemində bu il 90 min ailəyə iş yeri yaradılacaq.
- Mətbuatda yazırlar ki, Hadi Rəcəbli uşaq pulunu verməyə qoymur.
- Milli Məclisə 3 yaşına qədər uşaqlara sosial müavinətin verilməsini təqdim eləmişəm.
- Azərbaycanda 1 milyon 300 minə qədər pensiyaçıdan üç yüz iyirmi 320 mini üçüncü qrup əlildir.
- Turizm haqqında olan qanun komitənin gündəmindədir.