Deputat Sona Əliyeva: “Ali təhsilli qadınlarımız belə öz hüquqlarını tam bilmir” | Sosium
Son vaxtlar qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız bir hala çevrilib. Mütəmadi olaraq mətbuatda, eləcə də cəmiyyətə “əri döydü”, “baltaladı”, “qulağını kəsdi” kimi xəbərlərə rast gəlmək mümkündür. Bu məsələdə isə həmişə qadınlar günahkar hesab edilir.
Bəs qadına qarşı zorakılıqla necə mübarizə aparmaq lazımdır? APA TV-nin “Sosium” verilişinin qonaqları - deputat Sona Əliyeva və təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı müzakirə aparıb.