Əməkdar müəllim: “Repetitorluq cəmiyyətdə birmənalı qarşılanmır” I Sosium

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Bəzən də 3-5 nəfərin yanlış hərəkətinin bütövlükdə müəllim ordusunun adına çıxılması ilə halları ilə tez-tez rastlaşırıq. Müəllim mənəviyyatını aşağılamaq, məktəbi nüfuzdan salmaq, uşaqlarda məktəbə mənfi münasibət formalaşdırmaq cəmiyyəti məhvə aparan, onu mənəvi cəhətdən aşındıran haldır.

 

Bəs müəllim peşəsinin nüfuzunu artıran və onu qoruyub saxlamağa xidmət edən amillər hansılardır?

 

APA TV-nin “Sosium” verilişində Beynəlxalq Müəllimlər Günü ərəfəsində mövzu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin baş metodisti Tahirə Qədimova və əməkdar müəllim Yeganə Hüseynova ilə birlikdə müzakirə edilib.

Müəllif | Apa.Tv
Apa.tv