Yüksək sürət zəncivari qəzaya səbəb oldu

Bakı-Sumqayıt yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza yolun Xırdalan dairəsi istiqamətindəki hissəsində baş verib.

 

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qarşıda hərəkətdə olan başqa bir "Mercedes"ə çırpılıb. İkinci "Mersedes"in sürücüsü zərbədən sonra idarəetməni itirib, nəticədə maşın əvvəlcə yol kənarındakı beton arakəsməyə, daha sonra isə "Hyundai-Azero" markalı avtomobilə dəyib.

 

Qəza nəticəsində "Mercedes"də olan iki nəfər xəsarət alıb. Yaralılar hadisə şahidləri tərəfindən xəstəxanaya aparılıb.

 

İlkin ehtimala görə, zəncirvari qəzaya yüksək sürət və ara məsafəsinin düzgün saxlanılmaması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv