Texniki-Humanitar Liseydəki aksiya ilə bağlı rəsmi açıqlama yayıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki-Humanitar Liseydə keçirilən şagird və valideynlərin aksiyası ilə bağlı açıqlama yayıb. BŞTİ-nin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Texniki humanitar liseydə təhsil alanların valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub. Bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Razılığa gəlinib ki,monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın.
Qeyd edək ki, mayın 19-da Texniki-Humanitar Liseydə şagirdlər və onların valideynləri aksiya keçiriblər. Onların narazılığına səbəb VI sinif şagirdlərinin test suallarına VII və VIII siniflərin dərslik kitablarından sualların salınması, həmçinin yaxşı oxuyan şagirdlərin liseydən qovulması ilə bağlı xəbərdarlığın edilməsidir. Onlar Texniki-Humanitar Liseyin direktoru Simuzər Əliyevanın istefa verməsini istəyiblər.