Azərbaycanda akademik vəfat edib

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, akademik Nəriman Quliyev vəfat edib.

 

Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinə daxil olub, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr edib. N.Quliyev 1992-2003-cü illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olub. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparıb.

 

25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edib. Alim iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının “Şöhrət” və “İstiqlal” ordenləri, Türkiyə Fizika Cəmiyyətinin medalı ilə təltif olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv