Stavropolda azərbaycanlı tanışını döyərək öldürüb

Stavropolda 35 yaşlı azərbaycanlı şəxsi münaqişə zəminində yerli sakini döyərək öldürüb. Hadisə mayın 9-da baş verib. Açikulak kəndində həmin şəxslə 43 yaşlı tanışı arasında mübahisə baş verib. Nəticədə şübhəli şəxs zərərçəkmişin başına 3 dəfə ayağı ilə zərbə endirib. Yerli sakin aldığı zədələrdən hadisə yerində ölüb. Rusiyanın Stavropol vilayəti üzrə İstintaq Komitəsi faktla bağlı cinayət işi başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv