Xarici ölkə səfirləri və xanımları Qubaya gediblər
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri üçün Qubaya infotur təşkil edilib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri xanımları ilə birlikdə səfərdə iştirak ediblər. Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara Qubanın tarixi, təbiəti və turizm potensialı haqqında məlumat verib. Daha sonra diplomatik nümayəndələr Qubada “Yaşıl teatr”da incəsənət ustalarının çıxışlarını izləyiblər.
Günün ikinci yarısı qonaqların Qubanın turizm imkanları ilə tanış olacağı, Quba Soyqrım Memorial Komplaksini ziyarət edəcəyi bildirilir.
APA TV-nin xəbərinə görə, mayın 21-də b isə Qusar rayonu ilə tanışlıq planlaşdırılır.
İki gün davam edəcək infoturun məqsədi səfirləri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət-ənənələri ilə tanış etməkdir.