Xaçmazda özünü asan gənc son anda xilas edildi
Xaçmaz rayonunda intihara cəhd hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1989-cu il təvəllüdlü Ramin Məstanov yaşadığı evdə özünü asıb. Yaxınların köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub. Hazırda Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam etdirilən gəncin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.