Rabitə xidmətlərinin dəyərində və su istehlkında azalma var

Bu ilin I rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 347,8 mln. kVt/saat elektrik enerjisi, 63,5 min Q.kal istilik enerjisi, 46,4 mln. kubmetr təbii qaz, 5,1 mln. kubmetr su, 1,9 milyon manatlıq rabitə xidmətləri istehlak edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il rabitə xidmətlərinin dəyərində 5,0%, suyun istehlakında isə 7,3% azalma müşahidə olunub. 

 

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 5,0% artaraq 33,7 mln. manat təşkil edib. Bu ilin yanvar-mart aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 76,6%-ni (2013-cü ilin müvafiq dövründə 73,5%) ödəməklə 7,9 mln. manatını kəsirdə qoyub. İstehlak edilmiş elektrik enerjisinin 5,4 mln. manatı, təbii qazın 1,4 mln. manatı, istilik enerjisinin 522,0 min manatı, suyun 390,7 min manatı, rabitə xidmətlərinin 149,1 min manatı ödənilməyib.

Müəllif | Apa.Tv
Apa.tv