Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyan hesablanacaq
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 2 min 389 təhsil, 798 tibb, 1510 mədəniyyət müəssisəsi dağıdılıb. İşğal nəticəsində məruz qalınan itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dağıdılan kənd təsərrüfatı müəssisələrinin sayı 2389 ədəddir. İşğal olunan ərazilərdə 286 km dəmiryol xətti, 116 dəmiryol körpüsü, 25 min km avtomobil yolu, 348 körpü, 224 su hövzəsi var. 119 min 185 hektar meşə massivi də işğal altındadır.
Həmin ərazilərdə sənaye əhəmiyyətli ehtiyatlarla səciyyələnən qızıl, civə, mis, qurğuşun və sink, üzlük daşı, mişar daşı, əlvan və bəzək daşlarıyeraltı şirin su, mineral su yatağı olmaqla, 155 müxtəlif növ faydalı qazıntı yataqları var.
Kiçik Qafqaz kimi geoloji baxımdan mürəkkəb və rəngarəng meqaantiklinoriumda Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində ölkənin məruz qaldığı hər cür itki və tələfatların “Beynəlxalq Qiymətləndirmə Standartları”na əsaslanaraq hesablanması məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə İşçi Qrupu yaradılıb.