“Hyundai” traktora çırpıldı, ölən var

Mayın 20-si günorta saatlarında Bakı-Quba yolunun 84-cü km-də, Siyəzən rayonunun Zarat kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qusar rayon sakini, 1991-ci il təvəllüdlü Məhsimov Rasim Əliağa oğlunun  idarə etdiyi “Hyundai Elentra” markalı avtomaşın Xaçmaz rayon sakini Şahbazov Babək İsrafil oğlunun idarə etdiyi “Traktror”a çırpılıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub  ki, "Hyundai" markalı minik avtomobili ilə "Foton" markalı traktorun toqquşması nəticəsində minik avtomobilinin sürücüsü ölüb və deformasiya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə R.Məsimovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan