Azadlıq prospektində qəza: “Mercedes”in sürücüsü qaçdı
Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində qeydə alınıb. Azadlıq prospekti ilə hərəkət edən "Nissan" Salatın Əsgərova küçəsində işıqforun qırmızı işığına məhəl qoymayan "Mercedes"lə toqquşub. Nəticədə "Nissan"ın sürücüsü Alyona Gerasimova xəsarət alıb, maşınlara ciddi ziyan dəyib.
Yaralı sürücü hadisə yerinə çağırılmış təcili yardım vasitəsi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü isə hadisə yerindən qaçıb.
Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəzanın səbəbkarı yaxınlıqdakı "Təhlükəsiz şəhər" kamerasına baxıldıqdan sonra müəyyən olunacaq.