Rusiyada qeyri-leqal miqrantlara qarşı əməliyyatlar başladı

Rusiyada qeyri-leqal miqrantlara qarşı yenidən əməliyyatlar keçirilir. APA TV-nin məlumatına görə, paytaxt Moskva və ətraf rayonlarda keçirilən əməliyyatlar zamanı onlarla miqrant saxlanıb. Moskvanın Lüberetsk rayonunda saxlanılan 100-ə yaxın qeyri-leqal miqrant məhkəməyə çıxarılaraq ölkədən deportasiya edilib. Qeyd edək ki, əməliyyatlar Rusiyanın Federal Miqrasiya Xidməti (FMX) tərəfindən keçirilir.


Miqrasiya Xidmətinin yaydığı məlumatda qeyd olunur ki, yoxlamalar bazarları və insanların gur olduğu digər iaşə obyektlərini də əhatə edir. Kotelniki şəhərində aparılan genişmiqyaslı yoxlamada 500 nəfər saxlanılıb. Onlardan 70 nəfərinin Rusiya ərazisində qalma rejimini pozduğu aşkarlanıb.
 

Müəllif | Apa.Tv