Türkiyədə zəncirvari qəza: 24 maşın toqquşdu, 29 yaralı var

Türkiyənin İzmit şəhəri yaxınlığında 24 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. APA TV-nin “CNNTürk”ə istinadən verdiyi xəbərə görə, 2 sərnişin avtobusu, 18 yük maşını və 4 minik avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 5 nəfəri ağır olmaqla 29 nəfər yaralanıb. Xəsarət alanlar müxtəlif xəstəxanalara çatdırılıblar. Məlumata görə, qəza səbəbindən Ankara istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb. Hadisə yerinə çox sayda xilasetmə və həkim briqadaları cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində tədbirlər görülüb.

 

Müəllif | Apa.Tv