Müdafiə naziri Zakir Həsənov Moskvaya gedir

Azərbaycan Respublikasının müdafiə naziri Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək beynəlxalq təhlükəsizlik üzrə 3-cü konfransda iştirak edəcək.

 

Səfər zamanı müdafiə naziri, general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv