Soyğunçu: "Həbsxanaya düşmək istədim"

Bakıda soyğunçuluq faktı qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatında olan 25 yaşlı İbrahimov Vüsal Rafiq oğlu Bakının mərkəzində Zeynal Tağıyev küçəsində paytaxt sakinləri Ruslan Əliyev və David Lalayevə zor tətbiq edib, yeniyetmələrin mobil telefonlarını və pullarını alıb. Amma soyğunçu qısa vaxtda yaxalanıb. O, özü yaxalanmaq istədiyini deyib: "Mən istəsəydim, heç kim tuta bilməzdi. Onlara zor tətbiq eləmədim, istədim, verdilər. Özüm belə istəyirdim. Burdakı həyat mənlik deyil".   

 

İdarədən APA TV-yə bildiriblər ki, Vüsal İbrahimovun daimi yaşayış yeri olmadığından tüfeyli həyat tərzi keçirir. Küçələrdə yaşamaqdan bezdiyini deyən İbrahimov cinayəti həbsxanaya düşmək üçün törətdiyini bildirib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv