Avstraliyadan Rusiyaya sanksiya

Avstraliya hökuməti Rusiya Federasiyasına qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb. Bu haqda ölkənin xarici işlər naziri Culi Bişop məlumat verib.

 

Avstraliya hökuməti Rusiya Federasiyasının 11 şirkəti ilə əlaqələrini də kəsməsi haqda məlumat verib.

 

Avstraliya xarici işlər naziri Ukraynanın şərqində baş verən hadisələrdən narahatlığını ifadə edib: "Mən və hökumətimiz Ukraynada baş verən hadisələri narahatlıqla izləməkdəyik. Ərazidə baş verən insan tələfatlarının qarşısı alınması üçün Rusiya işğalçı fikirlərindən daşınmalıdır”.

 

Xarici işlər nazirinin sözlərinə görə, sanksiyalar 38 nəfər Rusiya və Ukrayna vətəndaşına tətbiq olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv