Gültəkin Ana vəfat edib
Milli Azadlıq Hərəkatının fəallarından olan Gültəkin Ana kimi tanınan Gültəkin Səfərli ötən axşam dünyasını dəyişib. Vida mərasimi yaşadığı evin həyətində keçirilib. Oğlu Səfər Ələsgərovun sözlərinə görə, anası son 5 gündə özünü pis hiss edib.
Gültəkin Səfərli 1928-ci ildə Naxçıvan şəhərində doğulub. Bakıda müəllimə kimi fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının fəallarından olub. Azadlıq Meydanında keçirilən mitinqlərə öz əlləri ilə tikmiş müqəddəs üç rəngli bayrağımızı gətirib. Bundan sonra övladları ilə birgə çoxlu sayda bayraq tikərək hərəkata hədiyyə edib. Son vaxtlar öz xatirələrini yazırmış.