Yük maşını qəza törətdi: Yararlılar var
Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunda Qubanın Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Biləsuvar rayon sakini, Əlifov Elvin Rizvan oğlunun idarə etdiyi yük maşını Quba rayon sakini, 1981-ci il təvəllüdlü Kərimov Babək Fərman oğlunun idarə etdiyi avtomaşınla toqquşub. Qəza nəticəsində hər iki avtomaşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, ağır bədən xəsarətləri alan sürücülərin vəziyyəti orta ağırdır. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.