Hüsnü Mübarək və oğlanlarına hökm oxundu

Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəki dövlət vəsaitlərini qanunsuz mənimsəmə ittihamı əsasında 3 il müddətinə azadlıqdan məhrum edib.

 

“Reuters”in verdiyi məlumata görə, analoji ittihamla günahkar bilinən Mübarəkin oğulları Əli və Camal isə 4 il həbs cəzası alıblar. Məhkəmə ata və oğullarını təxminən 3 milyon dollar cərimələyib və onların dövlətə vurduqları 17,6 milyon dollar həcmində ziyanı ödəməsi barədə qərar qəbul edib.

 

Cinayət işi dövlət saraylarının restavrasiyası ilə bağlı idi. İş üzrə məhkəmə prosesi bu ilin fevralında başlayıb.

 

Hazırda H. Mübarək 86 yaşındadır. O, 2013-cü ilin avqustundan bəri Qahirədəki hospitalların birində müalicə olunur.

Müəllif | Apa.Tv
Apa.tv