Fredrik Starr: "Azərbaycan tək kommerisiya mərkəzi deyil"

 

"Siz azərbaycanlılar Abşeron yarımadasında, regionda mövcud olan ən böyük şəhəri yaradırsınız".

APA TV-nin xəbərinə görə, Vaşinqtonda yerləşən Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri və yaradıcısı, professor Fredrik Starr deyib. O, Bakını vacib nəqliyyat qovşağı adlandırıb: "Bu şəhər Avropanı və Mərkəzi Asiyanı, Çin, Hindistan və Cənubi-Şərqi Asiya ilə birləşdirir. ADA Universiteti də müasir Bakının göstəricisidir, Bu onu göstərir ki, Azərbaycan tək kommerisiya mərkəzi deyil, həm də ziyalılar və mədəni mərkəzdir. Burada ideyalar üçün açıq və azad atmosfer formalaşdırır. Mənim gördüyüm odur ki, kitabımda da haqqında danışdığım qızıl dövr yenidən canlanır. Bu dövr bizə böyük astronom Nəsrəddin Tusi və dahi şair Nizami Gəncəvini bəxş edib".

 

Fredrik Star  ADA Universitetinin fəxri doktoru adına layiq görülüb. Bununla bağlı keçirilən tədbirdə professor Starın yeni “Unudulmuş maariflənmə: Ərəb işğalından Tamerlana qədər Mərkəzi Asiyanın qızıl dövrü” adlı kitabı da təqdim edilib.

 

Müəllif | Apa.Tv