30 xarici diplomat Quba-Qusar bölgəsində səfərdə olub

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri üçün Qusar rayonuna infotur təşkil edib. APA TV-nin şimal bürosunun xəbərinə görə, qonaqlara Qusarın tarixi, təbiəti və turizm potensialı haqqında məlumat verilib. Diplomatlar Şahdağ Qış-Yay Turizm Kompleksində olublar. Qusar Mədəniyyət Evində onlar incəsənət ustalarının çıxışlarını izləyiblər.

Daha sonra diplomatlar Rəsm Qalereyasında, Tarix-Diyarşünaslıq Muzeyində və Heydər Əliyev Mərkəzində olublar.

İki günlük infoturun məqsədi xarici diplomatları Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət və ənənələri ilə tanış etməkdir.

Azərbaycanın turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi keçirilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Vəli Turan