Yasamalda tutulan narkoman: "Həyatdan ləzzət almaq üçün başqa şeylər də var"
Yasamal rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən şəxsi yaxalayıblar. APA TV-nin məlumatına görə, 26 yaşlı Mirzəyev Anar Cavanşır oğlunun üzərindən şəxsi istehlak miqdarından artıq heroin aşkarlanıb. Aparılan araşdırmalardan sonra Anar Mirzəyevin narkotika istifadəçisi olduğu müəyyənləşib.
"Yolla gedirdim, gördüm bir nəfər gəlir, yerişindən hiss etdim ki , bu narkotika satandır. Yaxınlaşıb istədim, verdi, gedib vurdum".
22 yaşından narkotika istifadəçisi olduğunu deyən saxlanılan şəxs son vaxtlar ineksiya yolu ilə narkotik qəbul etdiyini deyib, gənclərə məsləhət verib.
"Həyatdan ləzzət almaq üçün başqa şeylər var. Bundan uzaq olmaq lazımdır. Vaxtında mən də bir-iki il tərgitmişəm, amma iradə lazımdı".
Anar Mizəyev əvvəllər məhkum olunmayıb.