Hacıkənddə maşın dolama yoldan dərəyə aşdı: 1 ölü - YENİLƏNİB

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Hadisə Gəncə-Göygöl-Hacıkənd-Toğana  avtomobil yolunun  Yeni Zod kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA TV-nin qərbbürosundan verilən məlumata görə, Gəncə sakini 20 yaşlı Kamal Adıgözəlov  idarə etdiyi  “Vaz 2107” maraklı avtomobilə Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib. Nəticədə avtomobil yoldan çıxaraq, yolunun kənarında olan yaşayış  evinin darvazasına və hasarına dəyərək, aşıb. Qəza zamanı “VAZ 2107” sürücüsü ciddi xəsarət almasa da onun sərnişini - 23 yaşlı Gəncə şəhər sakini Sənan Cəfərov hadisə yerindəcə həlak olub. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət və sürücünün ehtiyatsızlığı olub. Qəzanın dəqiq səbəbləri isə aparılacaq avtotexniki ekspertizadan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli