"Lada Priora" "VAZ-21099" ilə toqquşdu: 4 yaralı

Hacıqabul-Şirvan magistral yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Hacıqabul rayon sakini, 47 yaşlı Səməd Hacıağayevin idarə etdiyi "Lada Priora" markalı avtomobil magistral yolda hərəkətdə olarkən Şirvan şəhər sakini, 45 yaşlı Tərlan İbrahimova məxsus "VAZ-21099" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri və sərnişinlər - Şirvan şəhər sakin, 19 yaşlı Maarif İbrahimli və 72 yaşlı Hacıqabul rayon sakini Əlislam Hacıağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan və Hacıqabul rayon xəstəxanalarına yerləşdirilib. Faktla  bağlı araşdırma  aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı