Polis işçisi məsuliyyətsizlik etdi, paqon yoldaşı öldü

İmişlidə 1 nəfərin ölümü  və 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən, Beyləqan sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi  "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və  avtomobil aşaraq  yoldan çıxıb. Qəza  zamanı sərnişinlərdən biri - İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən, İmişli rayon Qızılkənd  sakini 1987-ci il təvəllüdlü Cövdət Halmlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib.  Sürücü  və   digər  sərnişinlər - İmişli rayon sakinləri olan 1983-cü il təvəllüdlü  Elnur Valeh oğlu Mustafayev və Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İmişli Rayon Mərkəzi  Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı