Ukraynada terrorçular 8 hərbçini öldürdü, 18 yaralı var
Ukraynanın Donetsk vilayətinin Volnovaxa şəhərində hərbi hissələrdən birinə hücum olub. Terrorçular qranatomyot və minemyotlar da olmaqla, hərbi hissəni avtomat və pulemyotlardan atəşə tutublar. Nəticədə 8 hərbçinin həlak olduğu bildirilir. APA TV-nin məlumatına görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat verir. Silahlı hücum zamanı hərbi hissədəki texnikaya da ciddi ziyan dəyib. Hərbi maşınlardan biri yararsız vəziyyətə düşüb. Yaralılar da var. Daha bir Ukrayna hərbçisi isə hərbi maşınların karvanının bombardman edilməsi nəticəsində ölüb. İki nəfərin də yaralandığı deyilir. Hadisə Luqansk vilayətinin ərazisində baş verib.