Tovuza güclü leysan yağıb, evlərə su doldu - GÖRÜNTÜ
Ötən gecə Tovuza güclü yağış yağıb. Leysan dağ kəndlərində fəsadlara səbəb olub. Rayonun İbrahim Hacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Ağdərə və digər kəndlərində leysan yollarını yuyaraq sıradan çıxarıb. Bundan başqa, kəndlərdə yaşayış evlərinə su dolub. Bəzi evlərin divarlarında çatlar əmələ gəlib. Güclü yağış kənd təsərrüfatına da ciddi ziyan vurub. Leysan yağış kartof və digər əkin sahələrini yuyaraq tam yararsız hala salıb. Bəzi kəndlərdə iri və xırdabuynuzlu heyvanların tələf olduğu da bildirilir. Tovuz rayon Elektrik Şəbəkəsinin rəisi Zöhrab Paşayev APA TV-yə bildirib ki, şimşək çaxması nəticəsində rayonun dağ kəndlərinə gedən elektrik naqilləri sıradan çıxıb. Qovlar şəhərində 110 kilovoltluq yarımstansiyanın da yararsız hala düşdüyünü deyən Zöhrab Paşayev hazırda rayon mərkəzi də daxil olmaqla bir sıra dağ kəndində elektrik enerjisinin olmadığını bildirib. Leysanın vurduğu ziyan araşdrılır.