Cəfər Cabbarlının tərcümələri ilk dəfə toplu halda işıq üzü gördü

Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının tərcümə etdiyi bədii əsərlərdən ibarət çap olunan kitabın təqdimatı keçirilib. APA TV-nin məlumatına görə, "Cəfər Cabbarlının tərcümələri" adlı kitab yazıçının 115 illiyinə həsr olunub. Tədbirdə çıxış edənlər bildirdilər ki, Cəfər Cabbarlı təkcə dramaturq, teatrşünas, publisist kimi deyil həm də tərcüməçi kimi böyük işlər görüb. Kitabda təqdim olunan əsərləri yazıçı 1920-1927-ci illərdə tərcümə edib. Cəfər Cabbarlının ev muzeyinin direktoru bildirib ki, həmin illərdə Cəfər Cabbarlı həm rus, həm də Avropa klassiklərinin əsərlərini dilimizə tərcümə edib. Bu əsərlər içərisində biz Uilyam Şekspirin "Hamlet", "Otello" faciələri, Şillerin "Qaçaqları", K. Bomarşenin "Fiqaronun toyu", Tolstoyun "Hacı Murad"ı var. Kitab Cəfər Cabbarlının ev muzeyinin layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunub. Kitabdakı tərcümələrin bəziləri ilk dəfədir oxucuların ixtiyarına verilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı