“Bank of Azerbaijan”ın rəhbərliyi dəyişdi
“Bank of Azerbaijan”ın Müşahidə Şurası və İdarə Heyətinin tərkibi yenilənib. Açıq Səhmdar Cəmiyyətdə Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib. Bankın mətbuat xidmətindən “APA-Economics”ə bildirilib, iclasda bankın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiqlənib. Mehman İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Cavadov və Araz Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Aslanova həvalə edilib. Fərid Eldar oğlu Orucov və Fərid Temraz oğlu Orucov İdarə Heyəti sədr müavinləri, Elşad Oqtay oğlu Kərimov və Nicat Nizami oğlu Xəlilov isə İdarə Heyətinin üzvləri seçiliblər.