ABŞ səfiri: "Cəbhə bölgəsində ölüm hallarının artması..."
"Hər bir ölüm faktı mənim üçün ağır hadisədir. İstər münaqişə, istərsə bəxbəxt hadisə nəticəsində olsun. Cəbhə xəttində də bu cür hadisələrin yaşanması bir diplomat kimi mənim üçün üzücüdür".
APA TV-nin xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ricard Morninqstar mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməsinə münasibət bildirərkən deyib: "Cəbhə bölgəsində ölüm hallarının artması faktı bir daha onu təsdiq edir ki, Dağlıq Qarabaq münaqişəsi tezliklə həll olunmalıdır".
"Amerika həmsədr ölkələrdən biri kimi, cəbhə bölgəsində atəşkəsin tərəfdarıdır" deyən diplomat əlavə edib ki, bu, Azərbaycan üçün də böyük ağrıdır: "ABŞ həmsədr olkələrdən biri kimi öz məsuliyyətini yaxşı dərk edir. Biz əlimzdən gələni edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında sülh sazişi imzalansın".
Səfir münaqişənin həlli yolunun danışıqlar müstəvisindən keçdiyini bildirib. Riçard Morninqstar qeyd edib ki, sülh masasına oturmaq isə Azərbaycan və Ermənistan prezidentlərinin qərarından asılıdır. Həmsədr ölkələr də davamlı sülhün əldə olunmasına çalışır.