ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Diplomatik mənbələrdən APA TV-yə verilən məlumata görə, səfir Riçard Morninqstara “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb.  Eyni zamanda Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.

 

Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.

 

Müəllif | Apa.Tv