"Neftçi" Azərbaycan kubokunun sahibi oldu

Azərbaycan kubokunun sahibi müəyyən olunub. APA-TV-nin məlumatına görə, 2013/14 mövsümündə son titulun qalibi “Qəbələ” – “Neftçi” matçında müəyyənləşib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda bakılılar 6-cı dəfə ölkə kubokunu qazanıblar.

 

Hesabı ikinci hissədə "Neftçi" futbolçuları açıb. 52-ci dəqiqədə Samir Məsimov rəqib qapısının torunu silkələyib. Bundan sonra irəli atılan "Qəbələ" 72-ci dəqiqədə bərabərlik qolu vurub. Cavab qolunun müəllifi Marat İzmaylov olub.

 

Əlavə edilən vaxtda komandalardan heç biri qol vura bilməyib. Penaltilər seriyasında isə "Neftçi" daha dəqiq olub.

 

Bununla da, "Neftçi" tarixində 6-cı dəfə Azərbaycan kubokunun sahibi olub. Bakılılar artıq ikinci mövsüm dalbadal kuboku başları üzərinə qaldırırlar. Bundan başqa, qalib Azərbaycan Superkubokunda oynamaq imkanı qazanıb. Bu ilin payızında keçirilməli olan qarşılaşmada "Neftçi" ölkə çempionu “Qarabağ”la üz-üzə gələcək.

 

Müəllif | Apa.Tv