Tailandda qansız dövlət çevrilişi
Tailandda uzun sürən hökumət əleyhinə etirazlardan sonra dövlət çevrilişi olub. APA TV-nin məlumatına görə, Tayland ordusu hakimiyyəti bir damla qan tökmədən ələ keçirərək, bütün hökumət orqanlarını buraxıb, ölkə konstitusiyası müvəqqəti olaraq, ləğv olunub.
Hərbçilər etiraz edən müxalifət və iqtidarın tərəfdarlarını qovaraq, ümummilli komendant saatı elan edib.
Hərbçi çevriliş barədə taylandlıları ölkənin müdafiə naziri General Prayuz Çan-Oça vasitəsilə məlumatlandırıb.
Bu gözlənilməz hadisəyə 2 gün əvvəl ölkədə hərbi vəziyyətin elan olunması şərait yaradıb. Ordu komandanı böhranı həll etmək üçün ölkənin siyasi liderlərini təkbətək danışıqlara çağırsa da danışıqlar öz bəhrəsini verməyib və ordu hakimiyyəti öz nəzarətinə götürməyi məqsədəuyğun bilib.