Masallıda zəlzələ olub
Masallı rayonunda zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ saat yerli vaxtla 07:04:47-də Lənkərandan 28 km şimal - qərbdə, Masallıda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 20 kilometr olub. Zəlzələ hiss olunmayıb.