Bağdadda 3 partlayış törədildi: 24 ölü
Bağdadda törədilmiş 3 partlayış nəticəsində azı 24 zəvvar ölüb, 50-dən çoxu yaralanıb. Ölənlər arasında 14 yaşadək 7 uşaq var. İlk partlayışın hədəfi şəhərin Mənsur rayonunda yolun kənarı boyu hərəkət edən zəvvarlar olub. İkinci partlayış şəhərin mərkəzində - Bab əl Şərci rayonunda törədilib.
Bundan başqa, şəhərin şərqindəki Ürrə rayonunda avtomobil partladılıb.