Cəbhədə atışmalar intensivləşib

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv