Azərbaycanda attraksion aşdı, 10 yaşlı məktəbli öldü

Azərbaycanın Qobustan rayonunda faciəli hadisə baş verib. Hadisə Qobustan rayonunun “Bağ-bağat” İstirahət-əyləncə Mərkəzində qeydə alınıb. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi

attraksionlardan biri aşıb. Nəticədə 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib.

 

Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəlliməsi, 1971-ci il təvəllüdlü Əziziova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv