Qax səmasında uçan naməlum obyekt görünüb

Ötən gün axşam saatlarında Qax səmasında uçan naməlum obyekt görünüb. Qax sakini, 13 yaşlı Pərvin Məmmədli bu görüntüləri telefonunun yaddaşına köçürüb: "Qax rayon Fıstıqlı kənd sakinləri axşam saatlarında səmada işıq kütləsi görüblər. Bu işıq kütləsinin sonradan böyüyərək şaxələndiyini müşahidə ediblər".

 

APA TV-nin xəbərinıə görə, videodan da görmək olur ki, naməlum obyekt sürətli şəkildə hərəkət edir və gözdən itir.

Müəllif | Apa.Tv
Vüqar Heydərov