Ədliyyə naziri qəbul keçirdi
Ədliyyə naziri Fikrət Məmmədov Bərdədə vətəndaşların qəbulunu kecirib. APA TV-nin xəbərinə görə, Ağdam, Ağcabədi, Bərdə rayonlarından sakinlərin, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin qəbulu zamanı əsasən iş problemi, ədliyyyə və məhkəmə sitemlərinin fəaliyyətinə dair müraciətlər səslənib.
Qaldırılan məslələrin bir qismi elə yerindəcə həllini tapıb , bəzi müraciətlərin isə hərtərəfli oyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıq verilib. Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlər və müraciətlər dinlənilib və bu müraciətlər aidiyatı qrumlara catdırılması üçün qeydiyyata alınıb.