Narkotik alverçisi yaxalandı

Göyçayda narkotik vasitələrin qanunsuz saxlanılması və satılması ilə məşğul olan şəxs tutulub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə Göyçay şəhər sakini 28 yaşlı Şərifov Vüsal Asif oğlu, həmyerliləri - 36 yaşlı Əhmədov Nurlan Bəhram oğlu və yaşlı Mustafayev Teymur Rəhim oğluna ümumi çəkisi 0.50 qram olan qurudulmuş marixuana satarkən tutulub. Polis əməkdaşları Vüsal Şərifovun üzərinə baxış keçirərkən ondan əlavə olaraq çəkisi 22.5 qram olan marixuana aşkar edilərək götürülüb. Vüsal Şərifov narkotiki Bakı şəhərindən satmaq üçün aldığını etiraf edib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılıb.  

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov