Bakıda tikintidən yıxılan 34 yaşlı fəhlə öldü

Bakının Xətai rayonu ərazisində bina tikintisi zamanı bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, tikintidən yıxılan fəhlə ölüb. Hadisə Hadi və Sadıqcan küçələrinin kəsişməsində çoxmərtəbəli bina tikintisi aparılan ərazidə baş verib. 34 yaşlı Elhad Abdulxalıqov tikintinin doqquzuncu mərtəbəsindən yıxılıb. Fəhlə hadisə yerində dünyasını dəyişib.

 

Əraziyə Xətai rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları gəliblər. Hadisə yerində ilkin araşdırma aparıldıqdan sonra, Elşad Abdulxalıqovun cəsədi morqa aparılıb.

 

Tikinti aparılan ərazinin mühafizəçiləri jurnalistləri tikinti sahəsinə buraxmayıblar və hadisənin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

 

Xətai Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv