Bakıda "Lexus" zibildaşıyan avtomobilə çırpılıb

Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına qəza Heydər Əliyev prospektində qeydə alınıb.

 

Prospektlə "Koroğlu" metro stansiyası istiqamətində yüksək sürətlə hərəkət edən "Lexus" markalı avtomobil Bakı Şəhər İcra Hakimiyyətin məxsus olan və məişət tullantıları daşıyan "MAN" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "Lexus"un sürücüsü 26 yaşlı Həsənov Taleh Azad oğlu xəsarət alıb və xəstəxanaya aparılıb. Avtomobil isə yararsız vəziyyətə düşüb.

 

Toqquşmadan sonra "Lexus"un mühərrik hissəsində tüstülənmə baş verdiyindən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğınsöndürənlər yanğın təhlükəsinin qarşısını alıblar.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv