Qubada polsi mayorunun oğlunun rəhbərlik etdiyi cinayətkar dəstə tutlub

Quba rayon Polis Şöbəsinin sahə müvəkkilinin oğlu evə basqın  etməkdə təqsirləndirilir. Polis mayoru İmran Qarayevin oğlu mayın 21-də rəhbərlik etdiyi dəstə üzvləri ilə bərabər həbs olunub.  Saxlanılan şəxslər – Qusar rayon Suduroba kənd sakini Xanbutayev Murad  Oruc oğlu, Quba rayon sakinləri Abdurrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğludur. Elşən Qarayev Quba rayon Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru İmran Qarayevin oğludur. Bu barədə APA TV-yə ev sahibi Azər Ağayev məlumat verib: "Onların məqsədi evə girib bizə zərər vermək imiş. Çünki əllərində rezin dəyənək, beyzbol çubuğu olub. Qardaşımın içəri girdiyini görən kimi qaçıblar. Biz də qaçdıq dallarınca, tapa bilmədik. Amma onlar əllərində olanları atıb getmişdilər".

 

Xatırladaq ki, mayın 21-i gecə saatlarında  Quba rayonu, Zərdabi kəndində Azər Ağayevə məxsus evə gecə saatlarında basqın olub. Naməlum şəxslər evdən qızıl zinət əşyaları tapa bilmədiklərindən ev sahibinə məxsus pulu oğurlayıblar.

 

Keçirilən əməliyyat nəticəsində Quba rayonun Zərdabi kəndində yaşayış evinə basqın edən 3 nəfər saxlanılıb. 
 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan