Şimali Koreyada bina çöküb, 490 nəfər ölüb

Şimali Koreyada 23 mərtəbəli binanın çökməsi nəticəsində 400-dən çox insanın öldüyü bildirilir. APA TV-nin məlumatına görə, hadisə mayın 13-də baş verib. Cənubi Koreyada çap olunan "Chosun İlbo" qəzetinin xəbərinə görə, Pxenyanda çökən binada ölənlərin sayı 400-lə 490 arasında dəyişir. Bina axşam saatlarında çökdüyünə görə, ölənlərin çoxunun qocalar və məktəbdən qayıdan uşaqlar olduğu bildirilir. Qəzet bildirir ki, orada varlı sayılacaq tacirlər və Fəhlə Partiyası üzvləri yaşayırmış. Şimali Koreya rejimi faciəni 5 gün sonra bildirib və xalqdan rəsmi şəkildə üzr istəyib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı